22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Paytaxtın istehlak bazarında 12,4 milyard manatlıq məhsul satılıb

Cari ilin yanvar-iyun aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 12 milyard 421,8 milyon manat olmaqla 2019-cu ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,9 faiz azalıb.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 96,8 faizini qeyri-dövlət sektoru təşkil edib. Bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsindən real ifadədə 6 faiz azalaraq 12 milyard 25 milyon manat olub. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz azalaraq 4 milyard 467,1 milyon manat təşkil edib.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?