9 Dekabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Avqustun 4-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 20 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 9 faizdir. İstiqrazlar 2022-ci il avqustun 2-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 30 faizdən aşağı olduğu təqdirdə, emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

MəqalələrSahibkar Afət Məmmədov: “Dövlət hər zaman yanımızdadır” İqtisadiyyatAvropa qurumları ilə tərəfdaşlıq istiqamətləri müzakirə olunub VergiVergi ödəyicisi hansı halda sadələşdirilmiş vergi metodunu tətbiq edə bilər? İqtisadiyyatKənd təsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə güzəştli kredit ayrılıb VergiMüəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər İqtisadiyyatAzərbaycan və Dağıstan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib VergiVÖEN almaq üçün hansı şərtlər qoyulub? VergiƏDV-dən azad olunan kənd təsərrüfatı təyinatlı avadanlıqların və texnikaların siyahısı təsdiq edilib MəqalələrVergi orqanlarının fəaliyyətinə etimadı yüksəldən mexanizmlər tətbiq edilir VergiFiziki şəxslərin aylıq gəlirindən gəlir vergisi necə tutulur?