28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi" mövzusunda müzakirələr aparılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport.az" portalının tərəfdaşlığı ilə ixracatçı sahibkarlara Rusiya bazarında "Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi" mövzusunda onlayn müzakirə keçirilib.

İİTKM-dən bildirilib ki, müzakirə zamanı "Azexport.az" portalının rəhbəri Ayxan Qədəşov portalın fəaliyyəti, funksionallığı barədə sahibkarlara ətraflı məlumat verib.

Portalın yerli malların vahid məlumat bazası, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə təşviqi təcrübəsi maraqla qarşılanıb.

Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının elektron ticarətin inkişafı Şurası ilə "Azexport" portalı arasında tətbiq olunan uğurlu yeni elektron nümunələrin qarşılıqlı hər iki ölkədə tanıdılmasına dair ilkin razılıq əldə olunub. Əməkdaşlığın davamlı olması üçün bu istiqamət üzrə fəaliyyət göstərən Azərbaycan-rus ixracatçılarının iştirakı ilə birgə seminarların keçirilməsi zəruri hesab edilib.

Qeyd edək ki, onlayn müzakirə Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət Nümayəndəsinin Aparatının, Azərbaycan Beynəlxalq Bankının təmsilçilərinin, Azərbaycan və Rusiya iş adamlarının iştirakı ilə keçirilib. Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev müasir dövrdə elektron ticarətin mal və xidmətlərin həm daxili, həm də xarici bazarlardakı istehlakçılara çatdırılması ilə bağlı artan rolu, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti haqqında iştirakçılara məlumat verib.

Azərbaycan Beynəlxalq Bankının aparıcı mütəxəssisi Nicat Cəfərov isə sahibkarları müvafiq bank məhsulları haqqında məlumatlandırıb.

Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında elektron ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, ixracatçıları maraqlandıran suallar cavablandırılıb.

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları