14 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İri ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun iştirakı ilə paytaxt Bakıda, eləcə də digər şəhər və rayonlarda fəaliyyət göstərən iri ticarət mərkəzlərinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dövlət Vergi Xidmətinin, KOBİA-nın və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələrinin iştirak etdiyi onlayn görüşdə iri ticarət mərkəzlərinin fəaliyyəti zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlərə ciddi əməl edilməsi, bu məqsədlə ticarət obyektlərində işçilər və müştərilər üçün lazımi şəraitin yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması bir daha sahibkarların diqqətinə çatdırılıb. Qeyd edilib ki, metodiki göstərişlər KOBİA və İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinet vasitəsilə də sahibkarlara göndərilib.

Görüşdə həmçinin, koronovirus pandemiyası ilə əlaqədar iri ticarət mərkəzlərinin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?