15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyi: 1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, iyunun 1-də keçirilmiş monitorinqlərdə Suraxanı rayonunda “Ballı market”də, “Adana dönər” ictimai iaşə obyektində, Binəqədi rayonunda “Senti” və Vaqif Hüseynova məxsus geyim mağazalarında, “X petrol” yanacaqdoldurma məntəqəsində, Sabunçu rayonunda “Döneretto” ictimai iaşə obyektində, Xəzər rayonunda “Yeni Bakı” kafesində, Xətai rayonunda “Hakara poliqrafiya” xidmət obyektində, Nizami rayonunda Şamil Cəlalzadəyə məxsus uşaq geyimləri mağazasında, Yasamal rayonunda “Köz dönər” və Zaur Xəlilova məxsus ictimai iaşə obyektlərində, Nəsimi rayonunda “Tana” MMC-yə məxsus uşaq geyimləri mağazasında, Abşeron rayonunda “Pizza Line” ictimai iaşə obyektində, Tahir Əliyev və Bəhruz Qasımova məxsus bərbərxanalarda, Qobustan rayonunda “Dokta” aptekində, Göygöl rayonunda “Helenendorf” otelində və “Oba market”də, Masallı rayonunda “44 Dönər Evi”ndə, “Hector” mağazasında, “Karal” oteldə, Zaqatala rayonunda “Kibel” parfümeriya mağazasında, “Meydan” kafesində, “Ekonom Univermaq”da, Ağdam rayonunda “Zeytun” aptekində, “İstanbul kafe”də, Siyəzən rayonunda "Sky Elektroniks", "Al Market", "Y.T Moda", "Çıraq Qala un və un məmulatları" mağazalarında və sair ticarət və xidmət obyektlərində ümumilikdə gün ərzində monitorinq aparılan 401 obyektin 191-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, mayın 22-dən iyunun 1-dək 2385 sahibkarlıq subyektində monitorinq keçirilib və 1141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?