20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyi: 961 obyektdə sanitar-epidemioloji tələblər pozulub

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, mayın 31-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Zəngəzur market”, “Lay Lay uşaq aləmi”, “Məktəb ləvazimatı”, “Şirinbala uşaq aləmi” mağazalarında, Binəqədi rayonunda Asif Hacıyevə məxsus ət, “X motors” yağ satışı mağazalarında, Sabunçu rayonunda “Meqa Sığorta” ASC-yə məxsus “Meqa Sığorta” pərakəndə ticarət obyektində, "Azəri Med" MMC-yə məxsus “Plus Aptek”də, Xəzər rayonunda Cavad İzzətova məxsus çayxanada, Xətai rayonunda “Zolushka ticarət mərkəzi”ndə, “Velvet” geyim mağazasında, “Zeytun Aptek”də, Nizami rayonunda Radik Cəfərov, Mübariz Əliyev, Mansur Həsənov və Seymur Hüseynova məxsus pərakəndə satış mağazalarında, Yasamal rayonunda "Optimal elektronika" MMC və "Supertoys" MMC-yə məxsus mağazalarda, “Benita” geyim mağazasında, Abşeron rayonunda “Dəniz market”də, Qobustan rayonunda “Bol Market”də və “Ramil Market”də, Masallı rayonunda “Papatya dönər evi” və “Retro kafe”də, “Sevinc Mebel”, “Soliton” mağazalarında, Ağsu rayonunda “Univermaq” ticarət obyektində və Orxan Hüseynova məxsus mağazada, “Umud Kafesi”ndə, Zaqatala rayonunda “Dönər Mağazası”nda və sair ümumilikdə monitorinqin əhatə etdiyi 392 obyektin 217-də ticarət və zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.
Qeyd edək ki, mayın 22-dən 31-dək 1984 sahibkarlıq subyektində monitorinq keçirilib və 961 obyektdə tələblərin pozulması hallarına rast gəlinib.
Monitorinqlər davam edir.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?