11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ticarət və xidmət obyektlərində monitorinqlər davam edir

İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.

Nazirliyin və onun tabelyindəki qurumların əməkdaşlarından, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupları Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən iş və xidmət sahələrində, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb. Ümumilikdə, mayın 22-dən 30-dək 1592 sahibkarlıq subyektində monitorinq keçirilib və 744 obyektdə 2459 tələblərin pozulması halı qeydə alınıb.

Suraxanı rayonunda "OBA Market"də, "Park Restoran"da, "Şeyx Dönər"də, "Qoç Ət"də, Binəqədi rayonunda "Telefon təmiri" xidmət obyektində, "Bəyaz Boutique", "Nar market" mağazalarında, "Şəfa" və "Buta Nəbz" apteklərində, Sabuncu rayonunda "Mazra-Z" MMC-yə məxsus mağazada, "Koala uşaq aləmi", "Al Market", "I Love Tbilisi" pərakəndə ticarət obyektlərində, "Vita Aptek"də, Səbail rayonunda "Optimal Elektronika" MMC-nin "Optimal" mağazasında, həmçinin "Optika", "Mimiso", "Buta", "Bantik parfum", "Meyvə Tərəvəz kənd məhsulları" ticarət obyektlərində, "Mixək" qida məhsulları mağazasında, "Men Stayle" xidmət obyektində, "Keyfi-Et" və "Pizza Da Roma" restoranlarında, Nəsimi rayonunda "Tozlu" geyim mağazasında, "Las Veqas", "Texno computer", "Milli cake House", "AEM Elektron", "Podyum qadın geyimləri" mağazalarında, Qaradağ rayonunda "Mebel təmiri" xidmət obyektində, "Ləvəngi" kafesində, "Pivə Shop"da, "Uluxanlı Market"də, Xətai rayonunda "Baby Boom" və "Sunday Baby" uşaq mağazalarında, "Naya" geyim mağazasında, "Metro Market"də, "Bərəkət" və "Fantaziya" şirniyyat mağazalarında, "33 kafe xəngəlxana", "Kunde" ictimai iaşə obyektlərində, "Mini meyvəli bazar"da, Xəzər rayonunda "İNCİ-23" MMC-nin "Andro med" xidmət obyektində, Rövşən Ələkbərova məxsus "Foto xidmət"də, Yasamal rayonunda "Topuzlar Az" MMC-yə məxsus "Özdilek Ev Tekstli", "Uşaq aləmi" MMC-yə məxsus "Mothercare" mağazalarında, Nizami rayonunda "AEM Elektronika", "Superfon" mağazalarında, "Foto Fokus" xidmət obyektində, Abşeron rayonunda "ST telecom", "Məktəbli", "Alisa uşaq geyimləri", "Cehiz Aləmi", "Euro sport", "Karvan Market", "Fəxri market" mağazalarında, "Mister Kişi salonu", "Full Telecom", "Maxx New York" xidmət obyektlərində, "Osmanlı Dönər", "Street Food", "Döner kabab", "Divan restoran", "Şah doner", "Dəfnə Lahmacun" ictimai iaşə obyektlərində, "Bərbər" bərbərxanasında, Gəncə şəhərində "Elay Parfum", "Bazar Store" mağazalarında, "Nuş Olsun", "Kolorit kafe", "Cafe De Paris" ictimai iaşə obyektlərində, Yevlax rayonunda "Optimal Elektronika" və "Brend mallar" mağazalarında, "Dönər №1"-də, "Gənclik" çay evində, Xaçmaz rayonunda "Elit Otel", "Aysberq Otel", "Retro" otellərində, "Həyat", "Dosso-Dossi", "Qayalı" mağazalarında, "Yaprak Tantuni" ictimai iaşə obyektində, Şamaxı rayonunda "Fayton market", "Yeni stil", "Snikers market", "AL market", "Bizim market", "Aura market" mağazalarında, "Delfin kafe"də, Lənkəran rayonunda "Qutabçı" ictimai iaşə obyektində, "Həzrət", "OBA" mağazalarında, "Otel Səda" turizm obyektində, Qax rayonunda "İdeal+" və "Babək-99" mağazalarında, "Foto Əfsanə" xidmət obyektində, Bərdə rayonunda "Laçın inşaat", "Hello Baby", "Lady Style" mağazalarında və s. zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Monitorinqlər davam edir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?