Azərbaycan neftinin qiyməti 36 dolları keçib
Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.
"Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,85 dollar artaraq 36,62 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.