19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Koronavirusa görə ləğv edilmiş səfər biletlərinin geri qaytarılması

Ölkədə karantin rejimi tətbiq edildiyindən və sərhədlər bağlı olduğundan turizm sektorunda tam durğunluq müşahidə edilir. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov qeyd edib ki, bu sektorun təmsilçilərinin üzləşdiyi problemlərdən biri də əvvəlcədən alınan biletlərin, turpaketlərin geri qaytarılması, rezervasiyaların ləğv edilməsidir. Heç bir gəlirin olmadığı bir vaxtda şirkətlər kütləvi şəkildə geri qaytarılan biletlərə və turpaketlərə görə ödəniş etmək imkanında deyil. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tövsiyələrinə uyğun olaraq aviabiletini geri qaytarmaq istəyən şəxslər bəzi təklifləri nəzərə ala bilərlər.

Təkliflərdən biri budur ki, uçuşlar bərpa olunduqdan sonra 1 il ərzində bileti dəyişdirmək mümkündür. İkinci təklif biletlə eyni dəyərdə vauçer verilməsidir. Məsələn, biletin qarşılığında 400 manatlıq vauçer verilibsə, gələcəkdə 500 manatlıq aviabilet alarkən müştəri vauçeri pul əvəzi kimi verəcək, qalan 100 manatı da nağd ödəməklə yeni istiqamətə aviabilet əldə edəcək. Bəzi hava yolu şirkətləri vauçerləri adsız verir, yəni siz vauçerləri qohumlarınıza, dostlarınıza hədiyyə edə bilərsiniz. Bu təklifləri qəbul etməyib biletinin haqqını tam geri almaq istəyənlər isə uçuşların bərpa olunmasını gözləməlidir. Bu isə bir qədər vaxt ala bilər.

Göydəniz Qəhrəmanovun sözlərinə görə, otellər, turoperatorlar da öz müştərilərinə təxminən oxşar təkliflər irəli sürürlər. Lakin karantin rejimi ilə əlaqədar bəzi vətəndaşlar şirkətlərlə əlaqə qurmaqda çətinlik çəkir. Onlara tövsiyə edirik ki, karantin rejiminin başa çatmasını gözləsinlər.

Səbuhi TURAN

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?