2 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-aprel aylarında əsas kapitala 3,9 milyard manat yönəldilib

Bu ilin yanvar-aprel aylarında əsas kapitala 3 milyard 903,5 milyon manat, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,8 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,8 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 2 milyard 622,3 milyon manatı və ya 67,2 faizi məhsul istehsalı sahələrinə, 875,2 milyon manatı (22,4 faizi) xidmət sahələrinə, 406 milyon manatı (10,4 faizi) isə yaşayış evlərinin tikintisinə xərclənib. Əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 338,3 milyon manatını və ya 59,9 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 383,2 milyon manatı və ya 61,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62 faiz, büdcə vəsaitləri 21 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, bank kreditləri 5,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,5 faiz, digər vəsaitlər isə 2,2 faiz olub.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ