23 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

CCIAF və “MEDEF International”ın Azərbaycanın İqtisadiyyat naziri ilə görüşü planlaşdırılır

Mayın 12-də Azərbaycan Fransa Ticarət və Sənaye Palatası (CCIAF), “MEDEF International” və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birlikdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla onlayn görüşün keçirilməsi planlaşdırılır.

CCIAF-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı COVID-19-un iqtisadiyyata təsiri, pandemiya ilə əlaqədar olaraq Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, bu dövr ərzində Azərbaycan və fransız şirkətlərinin fəaliyyəti barədə müzakirələrin olması planlaşdırılır. Əlavə olaraq, CCIAF-ın yeni şəraitdə şirkətlər üçün həyata keçirdiyi fəaliyyətlərin nəticələri, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və dayanıqlılığının artırılması istiqamətində fransız şirkətlərinin verə biləcəkləri mümkün töhfələr müzakirə olunacaq. İştirakçılara mövzularla bağlı onları maraqlandıran sualları ünvanlamaq imkanı da yaradılacaq.

Görüş “MEDEF International”ın icraçı direktoru Filip Gautier tərəfindən idarə ediləcək. Fəxri qonaqlar isə Fransanın Azərbaycandakı səfiri Zakari Qros və Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevdir. CCIAF-ın üzv şirkətləri və Fransada fəaliyyət göstərən fransız şirkətlərinin direktorlarının görüşdə iştirak edəcəyi planlaşdırılır.

Qeyd edək ki, CCIAF 2016-cı ildən fəaliyyət göstərir və hazırda 60-dan çox yerli, fransız və beynəlxalq şirkət palatanın üzvüdür. CCIAF-ın əsas məqsədi Azərbaycan ilə Fransa arasında iqtisadi və dostluq əlaqələrinin gücləndirilməsinə kömək etməkdir. Palata üzv şirkətlər üçün yeni biznes tərəfdaşları, potensial müştəri və sahibkarlar ilə tanışlıq imkanlarının artırılması, mütəmadi olaraq mövcud bazar imkanları haqqında məlumatların yayılması, biznes sahəsindəki yeni imkanlar barədə məlumatın ötürülməsi məqsədilə mütəmadi olaraq tədbirlər və biznes görüşlər həyata keçirir.

“MEDEF International” 1992-ci ildən etibarən Azərbaycanda Fransa-Azərbaycan Biznes Şurası çərçivəsində aktiv fəaliyyətdədir və AZPROMO və CCIAF-ın tərəfdaşıdır. Şuranın Azərbaycanın yüksəksəviyyəli şəxsləri ilə mütəmadi görüşləri və nümayəndə heyətinin Bakıya işgüzar səfəri şuranı Fransa ilə Azərbaycan arasında işgüzar münasibətlərin qurulmasında mühüm mövqeyə gətirib. 2019-cu ilin iyul ayında Bakıya son səfəri zamanı “MEDEF International” Azərbaycanda fəaliyyətlərini inkişaf etdirməkdə maraqlı olan 60-dək şirkəti bir araya gətirib və bu nümayəndə heyəti Azərbaycan Prezidenti və vitse-prezidenti tərəfindən qəbul edilib.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?