19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA və "Caspian European Club" ilk onlayn "B2G forum" təşkil edib

"Caspian European Club" tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin birinci müavini Natıq Həsənovun iştirakı ilə keçirilmiş ilk onlayn “B2G forum” çərçivəsində COVID-19 pandemiyası dövründə sahibkarların üzləşdikləri problemlər müzakirə olunub.

Klubdan bildirilib ki, N.Həsənov pandemiyadan zərərçəkmiş sahibkarlıq subyektlərinə, o cümlədən kiçik və orta sahibkarlara göstərilən maliyyə dəstəyi, eləcə də nəzərdə tutulan yeni dəstək mexanizmləri barədə məlumat verib, sahibkarların suallarını cavablandırıb.

Forumda çıxış edən "Caspian European Club"un sədri və baş icraçı direktoru Telman Əliyev Prezident İlham Əliyevin xüsusi tapşırıqları əsasında COVID-19 pandemiyası dövründə sahibkarlara maksimum dərəcədə dəstək verən hökumətin iqtisadi blokunun nümayəndələrinin fəal mövqeyini vurğulayıb.

Qeyd edək ki, "Caspian European Club"un hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda təşkil etdiyi "B2G forum"ları dövlət və özəl sektor arasında dialoq üçün aparıcı vasitə olmaqla yanaşı, Xəzər-Qara dəniz və Baltik regionu şirkətlərinin top-menecerləri və nümayəndələri ilə beynəlxalq biznes-netvorkinq üçün əlavə imkanlar yaradır. "B2G forum"ları hər həftə onlayn rejimdə keçiriləcək.

İki saat yarım davam edən birinci onlayn "B2G forum"un işində dövlət və özəl şirkətlərin top-menecerləri, bir sıra beynəlxalq təşkilatların və aparıcı kütləvi informasiya vasitələrinin rəhbər və nümayəndələri iştirak ediblər.

Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda yaradılıb. Klubun əsas məqsədi Azərbaycanda və "Caspian European Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. "Caspian European Club"un mənzil-qərargahı Bakıda yerləşir. Klubun, həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?