17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramlarının icrası davam etdirilir. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edir (siyahılar mütəmadi olaraq yenilənəcək). İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilmiş aşağıdakı keçidlərdən istifadə etməklə bu siyahılarla tanış olmaq mümkündür:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/34CBkEw

Qeyd edilməlidir ki, bu linklərdən istifadə etməklə vergi ödəyiciləri, həmçinin, pandemiyadan zərər çəkmiş sahələr, bu sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla tanış ola bilərlər.

VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?