2 İyun 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yüklərin konteynerlərlə Orta Asiyaya fasiləsiz çatdırılması təmin olunur

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə dövlət başçısı qeyd edib ki, pandemiya dövründə Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Belə tədbirlərdən biri Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq çərçivəsində Bakı və Türkmənbaşı limanları arasında fider gəmisinin fəaliyyətə başlamasıdır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Türkiyədən daxil olan yüklərin Orta Asiya istiqamətində fasiləsiz daşınmasını təmin etmək məqsədilə Bakı Limanında bir ilkə imza atılıb. Avtomaşınlardakı yüklər konteynerlərə çevrilərək fider gəmisinə yüklənib. “Balkan” fider gəmisi Türkmənbaşı limanına ümumilikdə 62 konteyner (20, 40 və 45 futluq) çatdıracaq. Daşımanın operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir.

“ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov bildirib ki, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Əfqanıstan üzərindən yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulmuş “Balkan” gəmisi həftədə bir dəfə fəaliyyət göstərəcək. Daşınan yükün həcmi artarsa, gəminin həftədə iki dəfə istifadəsi nəzərdə tutulur. Prosesə "ADY Konteyner"lə yanaşı, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Türkiyənin logistika mərkəzi dəstək verir. Növbəti mərhələdə Türkiyənin İstanbul şəhərindən, eləcə də Mersin limanından qatarlar Bakı Limanına gətirilərək gəmilərə yüklənəcək, sonra Orta Asiyaya daşınacaq.

MMC-nin direktoru fider tipli Balkan gəmisinin postkoronavirus dövründə də fəaliyyət göstərməsi imkanlarına münasibət bildirərək qeyd edib ki, gəmidən istifadə olunması hazırda pandemiyanın yükdaşıma sahəsinə mənfi təsirinin azaldılması istiqamətində görülmüş tədbir sayılır. Konteynerləşdirmə prosesi davam etdikcə, gəminin istifadəsi daimi xidmət xarakteri daşıyacaq.

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var