12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səudiyyə Ərəbistanının sədrliyi ilə G20 ölkələri enerji nazirlərinin videokonfransı keçirilib

Aprelin 10-da axşam saatlarında Səudiyyə Ərəbistanın Enerji naziri Əbdüləziz bin Salmanın sədrliyi ilə G20 qrupuna daxil olan ölkələrin enerji nazirlərinin videokonfransı keçirilib. Konfransda enerji təchizatının və neft bazarlarında qiymətlərin sabitliyinin qlobal iqtisadiyyatın canlanmasında açar rolunu oynadığı vurğulanıb.

Videokonfransı açan Əbdüləziz bin Salman deyib: “Sabit, davamlı və fasiləsiz enerji təchizatı təməl xidmətlərin, o cümlədən səhiyyənin vacib şərtidir. Eyni zamanda, bu amil iqtisadiyyatın canlanması istiqamətində bizim səylərimizə kömək edəcək”.

Qeyd olunub ki, dünyanın ən böyük neft istehsalçıları cümə günü qiymətlərin sabitləşməsi istiqamətində mühüm addım atıblar. Rusiya və Səudiyyə Ərəbistanı, habelə ABŞ-ın səyləri yüksək qiymətləndirilib. Rusiyanın Enerji naziri Aleksandr Novak çıxışında vurğulayıb: “Hasilatın azaldılması üzrə atılan addımlar bazarların sabitləşməsinə yönəlib və OPEC+ çərçivəsində razılaşdırılıb. G20 qrupunun bu məsələdə dəstəyi də təqdirəlayiqdir”.

Nazirlər Meksikanın hasilatı cüzi azaltmaq təklifinə qarşı çıxıblar. Qərara alınıb ki, OPEC+ alyansına daxil olan ölkələr və G20 qrupu yaxın aylarda neft bazarlarında qiymətlərin sabitləşməsi və hasilatın tənzimlənməsi üzrə qarşılıqlı fəaliyyəti gücləndirsinlər.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?