24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar sahədə təminatsız verilən mikrokreditlərin maksimal məbləği və müddəti artırıldı

Azərbaycan Prezidentinin 2020-ci il 8 aprel tarixli fərmanları ilə Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) verilmiş yeni səlahiyyətlər kənd təsərrüfatı sahəsində mikrokreditlərin stimullaşdırılmasına yönəlib.

Bunu Aqrar Kredit və İnkişaf Agentliyinin sədri (AKİA) Mirzə Əliyev bildirib. O əlavə edib ki, dövlət başçısının “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnaməsi”ndə və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişikliklər edilməsi barədə imzaladığı 2 Fərman aqrar sahədə fəaliyyət göstərən kiçik sahibkarların maliyyəyə çıxışını asanlaşdırır. “Dəyişikliklər bizə aqrar sahə ilə məşğul olmaq üçün istənilən mikrokreditlərin maksimal həddini 15000 manatadək artırmaq, müddətini 3 ilədək uzatmaq imkanı verir. Əvvəlki qaydalarla bu rəqəmlər 5000 manat və 2 il idi. Ən əsas məqam bu kreditlərin banklar tərəfindən təminatsız (girovsuz) verilməsidir”, – Mirzə Əliyev deyib.

AKİA sədrinin sözlərinə görə, bankların mikrokreditlərə marağını artıracaq bir neçə səbəb var. Mikrokreditlərin məbləği kiçik olsa da, əməliyyat xərcləri iri məbləğli kreditlərin xərci qədərdir. Həmçinin bu kreditlərin riskləri də çoxdur. Ona görə də, hazırda bazarda mikrokreditlərin orta faiz dərəcəsi 25 faizdir. Bunları nəzərə alaraq, banklara maliyyələşmə dəyərini – xərclərini aşağı salmaq imkanı verən faiz dərəcəsi təklif edilir. AKİA-nın 2,5 faizlə verdiyi mikrokreditləri banklar maksimum 12 faizlə təqdim edə biləcəklər. Bundan əlavə, bank riski qismən dövlət tərəfindən qarşılanacaq.
“Biz əminik ki, bu dəyişikliklər – həm kreditlərin məbləği və müddəti, həm də bank risklərinin qismən dövlət tərəfindən qarşılanması kənd təsərrüfatı sahəsində kiçik sahibkarların artmasına, kiçik fermer təsərrüfatlarının möhkəmlənməsinə səbəb olacaq”, – AKİA sədri Mirzə Əliyev vurğulayıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?