20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bank nağdsız ödənişlərin inkişafı üzrə müsabiqənin nəticələrini açıqlayıb

2019-cu ildə Mərkəzi Bank tərəfindən elan edilən 6 nominasiya üzrə aşağıdakı banklar müsabiqə qalibi olublar:

"POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank" – "Premium Bank" ASC;

"Təmassız ödənişlər üzrə lider bank" – "Expressbank" ASC;

"İnternet bankçılıq xidməti üzrə lider bank" – "Paşa Bank" ASC;

"Mobil bankçılıq xidməti üzrə lider bank" – "Kapital Bank" ASC;

"Təmassız POS-terminal infrastrukturu üzrə lider bank" – "Paşa Bank" ASC;

"Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank" – "Unibank KB" ASC.

Mərkəzi Bank qalib bankları təbrik edib və bütün bankları COVİD-19 pandemiyası dövründə zəruriliyi daha da aktuallaşan elektron bankçılığın genişləndirilməsi, müştəri əməliyyatları üzrə kağız daşıyıcıların minimallaşdırılması, təmassız texnologiyaların tətbiqinin artırılması istiqamətində fəaliyyətlərində daha aktiv olmağa çağırıb.

Xatırladaq ki, 2013-cü ildən başlayaraq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edir və müsabiqə çərçivəsində fərqlənmiş bankların mükafatlandırılması həyata keçirilir.

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?