19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari ilin yanvar-fevral aylarında ölkəmizə 149 ölkədən 420 mindən çox qonaq gəlib

Cari ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,0 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 28,7 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 6,2 faizi İran, hər birindən 2,6 faiz olmaqla Səudiyyə Ərəbistanı və Hindistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, 1,6 faizi Küveyt, 1,5 faizi Pakistan, 1,4 faizi Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Türkmənistan və İraq, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla İsrail və Özbəkistan, 7,1 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 72,3 faizini kişilər, 27,7 faizini isə qadınlar təşkil edib.

Bu dövrdə ölkəmizə gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (3,3 dəfə), İsrail (2,3 dəfə), Macarıstan (2,0 dəfə), Hindistan (1,8 dəfə), Küveyt (1,5 dəfə), Bəhreyn (1,5 dəfə), Belarus (35,5 faiz), Moldova (30,7 faiz), Qazaxıstan (27,7 faiz), Özbəkistan (26,2 faiz), İran (24,9 faiz), Rusiya Federasiyası (21,7 faiz), Almaniya (20,4 faiz), Ukrayna (18,3 faiz) və Pakistan (17,4 faiz) vətəndaşları arasında qeydə alınıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7 faiz artaraq 12,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 21,2 faiz artaraq 147,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 17,4 faiz artaraq 62,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,0 faizi dəmir yolu və avtomobil, 35,0 faizi hava, 1,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?