11 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi nailiyyətlərin təməlində uğurlu islahatlar dayanır

Son illər ölkə iqtisadiyyatında müşahidə olunan artım templəri 2020-ci ilin ilk iki ayında da davam edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin iki ayı ərzində ölkə iqtisadiyyatı 2,8 faiz artıb. Millət vəkili Aydın Hüseynov iqtisadi artımın bundan sonra da davam edəcəni bildirib: "Qeyri-neft sektorunda əldə olunan nailiyyətlər daha sevindiricidir, burada yanvar-fevral aylarında 6,7 faiz artım qeydə alınıb. Qeyri-neft sənaye istehsalı sahəsində isə artım 21,7 faizdir. Bu, ilk növbədə, aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir. Əvvəla, şəffaflığın təmin olunması istiqamətində çox ciddi addımlar atılıb, eləcə də bir neçə ildir iqtisadiyyatı əhatə edən mütərəqqi qanunvericilik bazası yaradılıb, normativ hüquqi aktlar qəbul edilib. Əldə olunan nailiyyətlər ölkədə yeni iş yerlərinin açılmasını təmin edir. Ölkənin iqtisadi gücü və potensialı çoxaldıqca əməkhaqqının artırılmasına imkan verir, vətəndaşların sosial rifahı yüksəlir. Biz bu il də əməkhaqqı, təqaüd və müavinətlərin artımını özündə əks etdirən yeni sosial layihələrin şahidi olacağıq.

Bu ildən Azərbaycan həyata keçirdiyi meqa layihələrin bəhrəsini daha çox hiss edəcək. 2020-ci ildə Cənub Qaz Dəhlizi layihəsində işlər başa çatacaq və Avropaya qaz satışı həyata keçiriləcək. Bu layihə ölkə iqtisadiyyatına önəmli gəlir gətirəcək. Biz bu sıraya Bakı-Tiflis-Qars dəmir yolu xəttini əlavə edə bilərik.

Ümumilikdə kənd təsərrüfatının, qeyri-neft sənayesinin inkişafı, iri layihələrin həyata keçirilməsi ölkənin iqtisadi gücünü və nüfuzunu təmin etmiş olur. İqtisadi nailiyyətlərimizin əsasında duran ən böyük faktor isə ölkədə həyata keçirilən islahatlardır".

Səbuhi TURAN

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?