22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ABŞ dollarının ucuzlaşması inkişaf etməkdə olan ölkələrin valyutaları üçün cəlbedicidir

ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən uçot dərəcəsinin aşağı salınması Azərbaycan manatına təsir etməyəcək. Çünki, manat səbət valyutalara daxil deyil. Düşünürəm ki, Mərkəzi Bank mövcud olan ehtiyatlarla dollara olan tələbatı ödəmək imkanına malikdir.

Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib: "FED-in uçot dərəcəsini aşağı salması daha çox ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi və səbət valyutalarının dəyərinin artmasının qarşısının alınması məqsədilə qəbul edilib. Bu qərarın qəbul edilməsi həm də ABŞ dollarının səbət valyutalarına nisbətdə möhkəmlənməsi məqsədi güdür. Təbii ki, bu məsələdə dünyanı öz ağuşuna alan koronavirusun rolu böyükdür. ABŞ dollarla bağlı məzənnəni qoruyub saxlamaq üçün bu addımı atmağa məcbur olub. Çünki, dolların möhkəmlənməsi ABŞ-ın ixrac imkanlarına mənfi təsir göstərir. ABŞ dollarında ucuzlaşmalar gözlənilmir, amma səbət valyutasına münasibətdə ABŞ dollarının məzənnəsində müəyyən dəyişikliklər olacaq. Bu da onu deməyə əsas verir ki, dolların ucuzlaşması gözlənilmir".

Deputat qeyd edib ki, FED tərəfindən uçot dərəcəsinin aşağı salınması Azərbaycan bazarına ancaq psixoloji təsir göstərə bilər. Prinsip etibarilə ABŞ dollarının dünya bazarında ucuzlaşması inkişaf etməkdə olan ölkələrin valyutaları üçün cəlbedicidir. Bu da həmin ölkələrdə valyutaya təsirin minimallaşdırılmasına gətirib çıxarır. FED-in uçot dərəcəsini aşağı salınmasının Azərbaycanın milli valyutası üçün elə bir təhlükəsi yoxdur. Bu kontekstdə Mərkəzi Bankda manatın dollara nisbəti növbəti dövrlərdə də sabit qalacaq.

İqtisadçı əlavə edib ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar təbii olaraq dollara tələbat artıb. Bu hal nəinki Azərbaycanda, eləcə də Rusiya və Qazaxıstanda da müşahidə olunur. Növbəti dövrlərdə manatın məzənnəsi ilə açıqlama Mərkəzi Bank tərəfindən veriləcək. Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamaq, dollara olan tələbi növbəti dövrlərdə ödəmək niyyətindədir.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?