25 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Koronavirusun turizm sektoruna təsirləri öyrənilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dünyada yayılmış koronavirus (COVID-19) infeksiyasının Azərbaycanın turizm sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirib. KOBİA-dan bildirilib ki, görüşdə Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının turizm və xidmət üzrə iş komissiyasının, bu sektorda fəaliyyət göstərən müxtəlif assosiasiyaların, eləcə də 30-dək turizm şirkətinin nümayəndələri iştirak ediblər.

Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizm sahəsində xeyli sayda kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin fəaliyyət göstərdiyini nəzərə alaraq, görüşün koronavirus epidemiyasının Azərbaycanın turizm sektoruna, ümumiyyətlə biznesə mümkün təsirlərinin və KOB-ların qarşılaşdıqları problemlərin öyrənilməsi, mümkün təsirlərin minimuma endirilməsi üçün çıxış yollarının müzakirə edilməsi, turizm sektorunun gözləntilərinin və təkliflərinin öyrənilməsi olduğunu diqqətə çatdırıb.

Görüşdə turizm assosiasiyaları və şirkətləri tərəfindən koronavirusla bağlı daxili və xarici turist axınının azaldığı, əvvəlcədən sifariş verilmiş turların və otel rezervasiyalarının ləğv olunduğu, müxtəlif tədbirlərin, xüsusilə də Novruz bayramı ilə əlaqədar tədbirlərin təxirə salınması səbəbindən turizm sektorunun müəyyən gəlirlərini itirdiyi qeyd edilib, yaranmış problemdən çıxış yolları müzakirə olunub, təkliflər səsləndirilib.

Həmçinin koronavirus infeksiyasının biznes fəaliyyətinə təsirinin qiymətləndirilməsinə dair sahibkarlar arasında sorğu keçirilib. Görüşdə səsləndirilən təkliflər və aparılmış sorğunun nəticələri ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaq.

VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?