8 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda alternativ enerji sahəsində reallaşan iri layihə bu il başa çatdırılacaq

Bu ilin ortalarına kimi Azərbaycanda "Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması" layihəsinin reallaşdırılması başa çatdırılacaq. Bunu "APA-Economics"ə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) sədrinin müavini Cəmil Məlikov deyib.

Qeyd edək ki, hazırda Azərbaycanda təbii qaz xəttinin çəkilişi texniki baxımından mümkünsüz olan və iqtisadi səmərəli olmayan 265 yaşayış məntəqəsi müəyyən edilib.

C.Məlikovun sözlərinə görə, layihə çərçivəsində bütün yaşayış məntəqələri enerji tələbatı (1 kv. metrə olan illik istilik enerjisinə olan tələbatdan asılı olaraq – 150-350 kVt arası, yaşayış məntəqələri A, B, C və D siniflərinə bölüşdürülüb) və evlərin sayına görə (kiçik, orta və böyük) 12 təsnifat sinfinə bölüşdürülüb.

"Tədbirlər planı hazırlanacaq, hansı ki, hər yaşayış məntəqəsi üzrə münasib texniki həll yollarını, lazımi tədbirləri və bu işlərin reallaşdırılması üçün lazım olan vəsait həcmləri məsələlərini əhatə edəcək. İşlər bitəndən sonra sənəd Energetika Nazirliyinə təqdim olunacaq, sonra isə nazirlik onu hökumətə təqdim edəcək", - deyə C.Məlikov qeyd edib.
Onun sözlərinə görə, layihə çərçivəsində əhatə edilən məqsədləri təmin etmək üçün kifayət qədər maliyyə vəsaitləri tələb olunacaq və ona görə də məhz hökumət bu maliyyə vəsaitlərini hansı mənbələrdən və necə (mexanizm baxımından – red.) ayrılacağını müəyyənləşdirməlidir.

C.Məlikov onu da əlavə edib ki, layihədə əhatə olunan yaşayış məntəqələri subkateqoriyalar üzrə də bölüşdürülüb. Belə ki, yaşayış məntəqələri onların enerji təchizatı (elektrik enerji təchizatı səviyyəsinə görə – red.), yol infrastrukturu və alternativ və bərpa olunan enerji potensialına görə (günəş, külək və biokütlə) biri birindən fərqlənir: "Biz bu subkateqoriyaları ballar modeli əsasında formalaşdırmışıq. Onlar bizə imkan verir ki, texnoloji seçimlərimizi onların (kənd və yaşayış məntəqələrinin – red.) potensiallarına uyğun olaraq həyata keçirək".

Xatırladaq ki, Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən qeyd olunan layihə üzrə keçirilən tenderin qalibi və layihənin icraçısı "Azalternativenerji" MMC olub.
Layihənin əsas məqsədi Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına əsasən, "4.1.5 Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə enerji təminatının həyata keçirilməsi" prioritetinin reallaşması nəticəsində kəndlərin sosial rifahının yaxşılaşdırılmasıdır.

Layihənin reallaşması üçün bu istiqamətdə problemlərin həlli yollarına dair təkliflərin hazırlanması, alternativ mənbələrlə təminatın həyata keçirilməsi, eləcə də beynəlxalq təcrübənin və ölkədə mövcud vəziyyətin araşdırılması bununla bağlı hazırlanmış təklifləri aidiyyəti qurumlara təqdim olunması kimi vəzifələr yerinə yetiriləcək.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?