15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TAP İtaliyanı Avropa ölkələri üçün regional qaz qovşağına çevirəcək

Norveçin "Rystad Energy" müstəqil tədqiqat və konsaltinq şirkətinin baş analitiki Svapnil Babele bildirib ki, Transadriatik Boru Kəməri (TAP) İtaliyanın digər qaz ixracatçılarından asılılığını əhəmiyyətli dərəcədə azaldacaq: "Hazırda İtaliya qaz ixracının böyük hissəsini Rusiya, Əlcəzair, Qətər, Liviya və Norveçdən edir. İtaliya öz enerji mənbələrini şaxələndirməyi və Rusiya qazından asılılığını azaltmağı planlaşdırır. 2018-ci ildə ölkə təxminən 23 milyard kubmetr Rusiya qazı idxal edib. 2019-cu ildə də Almaniyadan sonra İtaliya ən böyük qaz alıcılarından biri olaraq qalır. Ötən il İtaliya Liviyadan qaz idxalını artırıb. Ancaq Liviyada davam edən vətəndaş müharibəsi səbəbindən qaz ixracı ilə bağlı qeyri-müəyyənlik mövcuddur, çünki ölkə hər an defolt elan edə bilər. Beləliklə, əlavə qaz tədarükü İtaliyaya enerji tədarükünü sabitləşdirməyə kömək edəcək".

Analitik qeyd edib ki, TAP vasitəsilə Azərbaycan qazı təkcə İtaliyadakı qaz mənbələrini şaxələndirməyəcək, eləcə də enerji təhlükəsizliyini təmin edəcək: "Bu, həmçinin İtaliyanı digər Avropa ölkələri üçün regional qaz qovşağına çevirəcək və İtaliyaya digər tədarükçülərlə qazın daha sərfəli qiymətini müzakirə etmək üçün imkan yaradacaq. Beləliklə, qaz bazarında rəqabətin artmasına gətirib çıxaracaq. TAP vasitəsilə İtaliyaya əlavə 8,8 milyard kubmetr qaz tədarük olunacaq ki, bu isə proqnozlara əsasən Əlcəzairdən 2030-cu il üçün azalacağı gözlənilən qaz idxalını əvəz edəcək. Bu, həmçinin qısamüddətli perspektivdə Rusiyadan da qaz idxalını əvəz edə bilər".

Qeyd edək ki, 4,5 milyard avro dəyəri olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir. Boru kəmərinin uzunluğu 878 kilometrdir, onun 550 kilometri Yunanıstanın, 215 kilometri Albaniyanın, 105 kilometri Adriatik dənizinin dibindən, 8 kilometri isə İtaliyanın ərazisindən keçəcək.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?