25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qızıl Dövlət Neft Fondunun investisiya portfelinin 11,4 faizini təşkil edir

Qızıl Dövlət Neft Fondunun investisiya portfelinin 11,4 faizini təşkil edir

Qızıl Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 11,4 faizinə bərabərdir. Bu barədə AZƏRTAC-a müsahibəsində Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov deyib.

O bildirib ki, qızılın Neft Fondunun investisiya portfelinə daxil edilməsi portfelin şaxələndirilməsi və inflyasiyaya qarşı hedcinq siyasəti ilə bağlı olmaqla, ilk növbədə strateji xarakter daşıyır. Son zamanlarda qlobal və regional miqyasda geosiyasi gərginliyin, eləcə də maliyyə bazarlarında qeyri-müəyyənliyin artması fonunda, bu tipli strateji investisiyaların əhəmiyyəti artmaqdadır.

"2019-cu il dekabrın 31-nə qızılın ARDNF-in investisiya portfelində ümumi həcmi 11,4 faiz (101,2 ton və ya 4,93 milyard dollar) təşkil edib. Alınan qızılın 1,77 tonu (81 milyon dollar) "AzerGold" QSC tərəfindən hasil edilən qızılın payına düşür. Qızıl alışları bazar qiymətlərinə uyğun olaraq həyata keçirilib. İnvestisiya portfelinin həcmi və qiymət amilləri nəzərə alınaraq qızıl Neft Fondunun investisiya portfelində nəzərdə tutulan hədəf payına (yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri) müvafiq olaraq artırıla bilər", - deyə İ.Məmmədov qeyd edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?