25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2019-cu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq

2019-cu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq

Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, nazir Cənub Qaz Dəhlizinin yekun mərhələyə yaxınlaşmasında ABŞ-ın davamlı dəstəyinin rolunu yüksək qiymətləndirib: "Həm Cənub Qaz Dəhlizinə, həm də Azərbaycanın təşəbbüsü ilə reallaşan regional və qlobal əhəmiyyətli bütün enerji layihələrinə ABŞ-ın göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Bu yüksək əməkdaşlıq sayəsində 2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq".

P.Şahbazov Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə inkişaf göstəriciləri, şaxələndirmə layihəsi kimi üstünlükləri, genişləndirilmə perspektivləri, ölkənin qaz resurslarının inkişafı ilə bağlı fikirlərini bölüşüb.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri K.Donnelli çoxsaylı ölkələri, şirkətləri birləşdirən layihə kimi Cənub Qaz Dəhlizini enerji təhlükəsizliyi üçün vacib layihə kimi dəyərləndirib və belə bir nəhəng layihənin həyata keçirilməsinin öhdəsindən gəldiyinə görə Azərbaycanı təbrik edib.

Görüşdə Cənub Qaz Dəhlizinin Balkanlara qədər genişləndirilməsi, İonik-Adriatik boru kəməri (IAP) layihəsi və digər potensial imkanlar haqqında müzakirələr aparılıb.

Söhbət zamanı son dövrlərdə Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına dair görülən işlərdən də bəhs olunub. ABŞ-ın Enerji Departamenti ilə əməkdaşlığın səmərəli olacağı qeyd edilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?