22 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bank valyuta rejimini liberallaşdırdı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin bu il fevralın 20-si tarixli qərarı ilə "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"na dəyişikliklər təsdiq olunub. MB-nin məlumatına görə, dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

Qərar son illər ölkənin tədiyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul edilmişdir. Belə ki, hazırda tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsula nisbəti ikirəqəmli ədədlərlə ölçülür. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının təşviqi istiqamətində görülmüş işlər profisitli tədiyə balansının formalaşmasında həlledici rol oynamışdır. Cari əməliyyatlar hesabı ilə yanaşı son illər kapitalın və maliyyənin hərəkəti hesabında da əhəmiyyətli yaxşılaşma qeydə alınıb.

Valyuta rejiminin liberallaşdırılması həm də ölkədə sahibkarlıq üçün fəaliyət mühitinin daha da yaxşılaşdırılmasına dəstək olacaqdır. Məlum olduğu kimi, cari ilin əvvəlində Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası təsis edilmişdir. Bu Şurada qaldırılan prioritet məsələlərdən biri də ölkədə mövcud valyuta rejimi çərçivəsində idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması ilə bağlı olub.

Qeyd edək ki, yuxarıda adı çəkilən Qaydalara dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcəkdir.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”