24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin əvvəlində məşğul əhalinin 1,6 milyondan çoxu qeyri neft-qaz sektorunda çalışıb

Bu ilin əvvəlində məşğul əhalinin 1,6 milyondan çoxu qeyri neft-qaz sektorunda çalışıb

Bu il fevralın 1-nə olan ilkin məlumata əsasən, ölkəmizdə əmək qabiliyyətli 5 milyon 188 min 900 nəfərin 4 milyon 937 min 300 nəfəri məşğul əhalidən ibarətdir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvarın 1-nə olan ilkin məlumata əsasən muzdla işləyənlərin sayı 1 milyon 645 min 400 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914 min 500 nəfər, qeyri-dövlət sektorunda isə 730 min 900 nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34 min 800 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 610 min 600 nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,3 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində işləyib.

Xidmət sahəsində işləyənlərin 20,4 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?