25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tokioda "Azerbaijan Shop" adlı mərkəzin açılışı planlaşdırılır

Tokioda "Azerbaijan Shop" adlı mərkəzin açılışı planlaşdırılır

Yaponiyanın paytaxtı Tokioda Azərbaycan məhsullarının tanıtımı məqsədilə "Azerbaijan Shop" adlı mərkəzin açılışı nəzərdə tutulub.

"Azərbaycan Sənaye Korporasiyası" ASC-dən (ASK) bildirilib ki, ASC-nin baş direktoru Kamran Nəbizadə və Yaponiyanın "Tet International Development" şirkətinin prezidenti və icraçı direktoru Taro Savadanın başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

2017-ci ildən Azərbaycanda əsasən kənd təsərrüfatı üzrə bir sıra maraqlı layihələrə imza atan "Tet International Development" şirkəti tərəfindən 2019-cu ildə Oğuz rayonunda investisiya yatırımı həyata keçirilərək tütünqurutma məntəqəsinin tikintisi işlərinə başlanılıb və 50 ədəd tütünqurutma kamerası alınaraq məntəqədə quraşdırılıb. Yaxın gələcəkdə isə daha 100-200 ədəd tütünqurutma kamerasının alınması, quraşdırılması, eləcə də Şəki, Qax, Zaqatala və Balakən rayonlarında da tütün istehsalı və emalı üzrə fəaliyyət göstərilməsi planlaşdırılır.

Azərbaycanda 5 min hektar ərazidə tütün əkininin təşkilini hədəf seçən Yaponiya şirkəti birgə əməkdaşlığın davamı olaraq yaxın gələcəkdə "Made in Azerbaijan, Desighned by Japan" ticarət nişanı adı ilə tütün məhsullarının istehsalı təklifini də irəli sürüb. Dünyanın aparıcı siqaret istehsalçıları olan şirkətlər ilə əməkdaşlıq edən "Tet International Development"in nümayəndələri Azərbaycanda tütünün əkindən başlayaraq məhsulun istehsalı və satışı da daxil olmaqla bütün mərhələlərində birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Görüş zamanı qeyd olunub ki, investisiya yatırımı, peşəkar kadr, nou-hou texnologiyaların tətbiqi və menecment işinin təşkili baxımından əhəmiyyət daşıyan bu əməkdaşlıq tütünçülüyün inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olunmasında bir sıra istiqamətlərin müəyyənləşdirilməsinə təkan verəcək.

Korporasiyanın baş direktoru K.Nəbizadə hər iki qurum arasında iş birliyinin qurulması və uzunmüddətli əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyətin vacibliyini və əhəmiyyətini vurğulayıb. Baş direktor qeyd edib ki, bu qəbildən olan görüşlər qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərir.

Görüşdə korporasiyanın "Strateji inkişaf və kommersiya", eləcə də "Aqrar istehsalat və ticarət" departamentinin nümayəndələri və "Tet International Development" şirkətinin vitse-prezidenti Muneçika Tanio iştirak edib. Görüş zamanı birgə əməkdaşlığın davamı olaraq Tokioda Azərbaycan məhsullarının tanıtımı məqsədilə "Azerbaijan Shop" adı ilə mərkəzin açılışı da müzakirə mövzusu olub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?