24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkar və menecerlərin nəzərinə

Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkar və menecerlərin nəzərinə

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 2020-2021-ci illərdə Almaniyada ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edir.

İxtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri 25 fevral 2020-ci il tarixinədək KOBİA-ya təqdim etməlidir. Namizədlər mart ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə keçiriləcək seçim mərhələsində müəyyənləşdiriləcək.

İngilis dilində keçiriləcək "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kursunda iştirakçılar üçün treninqlər, Almaniyanın aparıcı müəssisələrinə təlim səfərləri, işgüzar görüşlər təşkil ediləcək. 1 ay davam edəcək ixtisasartırma kursu zamanı Almaniyada qalmaq və tədris xərcləri Proqramın təşkilatçıları tərəfindən ödəniləcəkdir.

Ətraflı məlumatı KOBİA-nın internet səhifəsindən əldə etmək olar: http://bit.ly/2GOYnkv

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?