27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"2020 İxraca Dəstək" layihəsinə start verilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və "My Broker" şirkətinin təşkilatçılığı ilə "2020 İxraca Dəstək" layihəsi çərçivəsində üç hissəli ödənişsiz maarifləndirici təlimlərə start verilib. Layihə üzrə təşkil olunacaq təlimlər, yerli istehsalın xarici bazarlara çıxarılmasının stimullaşdırılması və asanlaşdırılması üzrə "İxrac Elektron Gömrük Bəyannaməsinn doldurulması qaydaları", "İxrac Əməliyyatında beynəlxalq daşınmanın hansı addımlarla həyata keçirilməsi", "İxrac gömrük əməliyyatının rəsmiləşdirilməsinin həyata keçirilməsi prosesi" mövzularını əhatə edəcəkdir.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzində "My Broker" gömrük təmsilçiliyinin mütəxəssisləri tərəfindən təlimlərin keçirilməsində məqsəd Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər xarici ticarət əməliyyatları və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində aparılan mühüm və əhəmiyyətli islahatları sahibkarla daha detallı çatdırmaqdır: "Son bir neçə ildə ölkədə aparılan sistemli islahatlar ölkəmizin xarici ticarət iştirakçılarının fəaliyyətinə müsbət təsir göstərib. Sərhəddə ticarət əməliyyatlarında şəffaflıq və çeviklik bərpa edilib. Qeyri-neft ixracatçılarının bilik və bacarıqlarının artırılması istiqamətində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirəcək, ixracatçıların hüquqi, iqtisadi və ticarət savadlılığın artırılmasına xidmət göstərəcək".

N.Hacızadə bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da qeyd edildiyi kimi Azərbaycan ixracatçılarının bilik və bacarıqlarının artırılmasına ehtiyac vardır.Bu səbəbdən hərtərəfli və daimi maarifləndirmə işlərinə ehtiyac var.

14 fevrala qədər mərhələli davam edəcək təlimlərin hər birində fəal iştirak edən 50 sahibkara sertifikatlar təqdim olunacaq.

Layihə üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və "My Broker" gömrük təmsilçiliyi tərəfindən Azərbaycanda sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə ixrac və idxal əməliyyatlarında sahibkarların maarifləndirilməsi üçün ehtiyac duyulan daha bir neçə maarifləndirici təlimin də təşkil edilməsi nəzərdə tutulur.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?