11 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri: "Ötən il məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb"

"Əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına ötən il məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb, o cümlədən qeyri-dövlət sektorunda artım 50 faiz olub".

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işsizlikdən sığorta haqqı üzrə regionların daxilolmaları 39 faiz, o cümlədən qeyri-dövlət bölməsində 70 faiz artıb. Eyni zamanda, ötən il regionlarda fərdi sahibkarların sayında 12 mindən çox artım qeydə alınıb: "Cənab Prezident İlham Əliyev, Sizin müvafiq Fərmanınızla şəhər və rayonlar üzrə dövlət büdcəsinin müvafiq vergilərində büdcə ilinin sonuna daxil olan əlavə vəsaitin 50 faizinin icra hakimiyyətlərinin sərəncamına verilməsi regionların dotasiyalardan asılılığının azalmasına və bölgələrdə biznes mühitinin yaxşılaşdırılmasına güclü stimul yaradır.

Belə ki, 2019-cu ilin nəticələrinə əsasən, şəhər və rayonların sərəncamına verilən belə vəsaitlərin həcmi 28 milyon manat təşkil edib. Bu vəsaitləri alan şəhər icra hakimiyyətləri arasında Sumqayıt şəhəri birinci yerdə (5,4 milyon manat), Gəncə şəhəri isə ikinci yerdədir (4,1 milyon manat). Bundan başqa, sərəncamlarına 1 milyon manatdan çox vəsait verilən icra hakimiyyətləri arasında Şəki və Mingəçevir şəhərlərini, habelə Şəmkir, Xaçmaz, Qazax və Quba rayonlarını qeyd etmək olar. Bölgələrdə sahibkarlıq fəaliyyəti üçün nə qədər əlverişli şərait yaradılırsa, vergitutma bazası bir o qədər genişlənir və sosial-iqtisadi məsələləri həll etmək üçün əlavə maliyyə mənbələri yaranır".

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?