28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiyada işləyən hər bir azərbaycanlı hər ay Azərbaycana 442 dollar göndərib

Ötən ilin 9 ayı ərzində (3 rüb) Rusiyada yaşayan əmək miqrantları hər ay öz ölkələrinə köçürmə sistemi vasitəsilə, təxminən, 442 dollar göndəriblər. "Report" xəbər verir ki, bu, "Finexpertiza" şirkətinin apardığı araşdırma nəticəsində məlum olub.

Araşdırmada azərbaycanlı əmək miqrantları ilə bağlı məlumat da yer alıb. Şirkət əmək miqrantları arasında "Western Union", "Zolotaya Korona", "Unistream", Rusiya Poçtu kimi ən populyar köçürmə sistemlərini nəzərdən keçirib. Öz ölkəsinə ən çox vəsait göndərən çinli əmək miqrantları (2012 dollar) olublar. İkinci yerdə isə türkiyəli miqrantlar (1160 dollar) qərarlaşıb.

Ümumən Rusiyada yaşayan əmək miqrantları ortalama öz ölkələrinə 422 dollar göndərdiyi halda, MDB ölkələrindən gələn əmək miqrantları 377 dollar köçürüblər.

Məlumata görə, MDB ölkələri arasında ən çox vəsait göndərən qazaxıstanlı (850 dollar), gürcüstanlı (580 dollar), qırğızıstanlı (561 dollar) və azərbaycanlı (482 dollar) əmək miqrantlarıdır. Ermənistanlı əmək miqrantları isə hər ay ortalama 350 dollar vəsait göndəriblər.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?