18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BMT və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsinin müzakirəsinə dair tədbir keçirilir

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq üçün ikigünlük seminar bu gün işə başlayıb. Tədbirdə dövlət və BMT rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər təşkilatları, akademik dairələr və kütləvi informasiya vasitələrinin 150-dən çox nümayəndəsi iştirak edir.

BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (DİMƏŞ) dəstəklədiyi tədbirin məqsədi 2021-2025-ci illəri əhatə edən BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin (UNSDCF) strateji prioritetlərini müəyyənləşdirməkdir.

Seminarda Azərbaycan Respublikası Baş nazirinin müavini və DİMƏŞ-in sədri Əli Əhmədov, BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər vəzifəli rəsmilər çıxış ediblər.

İştirakçılar həmçinin 2030-cu ilə kimi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün Azərbaycanın uzunmüddətli baxışını və BMT-nin bu prosesdə rolunu müzakirə edəcəklər. Bundan başqa, dayanıqlı inkişafa dair 2030-cu il Gündəliyinin icrasında Azərbaycanın üzləşdiyi problemlərə və onların aradan qaldırılması yollarına dair fikir mübadiləsi aparacaqlar.
Beşillik proqram sənədi olan UNSDCF 2021-2025-ci illər ərzində BMT-nin Azərbaycandakı sisteminin fəaliyyətinə bələdçilik edəcək. Yeni sənəd artıq 2020-ci ildə başa çatacaq BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsini əvəz edəcək.

UNSDCF altı rəhbər prinsip və dörd əsas məqsəd üzərində qurulur. Altı rəhbər prinsip bunlardır: heç kəsi kənarda qoymamaq, inkişafa insan haqlarına əsaslanan yanaşma, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, dözümlülük, dayanıqlılıq və hesabatlılıq. Dörd əsas məqsədə isə kollektiv cavab tədbirlərinin formalaşdırılması, konstruktiv tərəfdaşlıqlar, təsirli fəaliyyətlər, eləcə də reallığa və ehtiyaclara daha yaxşı cavab verən yeni alətlər daxildir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri