13 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il Dövlət Gömrük Komitəsi xətti ilə büdcə daxilolmalarının həcmi artıb

2019-cu ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 402.284,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin noyabr ayına nisbətən 11,4 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin noyabr ayı ilə müqayisədə 23,6 faiz artaraq 110.653,7 min manat olub. Dekabrda ƏDV üzrə daxilolmalar aylıq ifadədə 6,3 faiz artaraq 268.995,5 min manat, aksizlər üzrə 38,8 faiz artaraq 18.780,0 min manat, yol vergisi üzrə daxilolmalar isə 22,3 faiz azalaraq 3.855,2 min manat təşkil edib.

Komitə ötən ilin yanvar-dekabr ayları ərzində büdcəyə daxil olan vergi və rüsumlar haqda da məlumat verib. Hesabatda qeyd olunur ki, DGK xətti ilə 2019-cu il ərzində dövlət büdcəsinə 4.408.625,64 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz çoxdur.

Hesabat ilində ƏDV üzrə daxilolmalar illik ifadədə 28,3 faiz artaraq 3.004.082,95 min manat, aksizlər üzrə 46,9 faiz artaraq 249.633,18 min manat, yol vergisi üzrə daxilolmalar isə 13,1 faiz artaraq 45.431,64 min manat təşkil edib.

Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər