2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları dəyişdirilib

Bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları dəyişdirilib

Mərkəzi Bankın məlumatına görə, 2019-cu il sentyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 865,5 milyon manat təşkil edib.Ümumi kredit portfelinin 11 milyard 272,1 milyon manatı və ya 81,3 faizi uzunmüddətli kreditlərin payına düşüb. Bu zaman başlıca olaraq istehlak kreditləri artır, biznes kreditləri, real sektorda kreditlər üzrə faizlər isə azalmağa doğru gedir.

İqtisadçı ekspert Vüqar Bayramov Maliyyə Bazarlarına Nəzarət Palatasının "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na etdiyi dəyişikliklərə münasibət bildirib: "Bu qaydalar real sektora daha çox kredit cəlb edilməsi məqsədi daşıyır. Artıq kiçik və orta sahibkarlara və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb. Risk dərəcələrinin azaldılması banklara onların mövcud kapitalları çərçivəsində daha çox biznes krediti vermək imkanı yaratmaqla toplanmış resursların həmin sahələrə yönləndirilməsinə marağı artırır. Dəyişikliklərdə, həmçinin, məsuliyyətli kreditləşmə və sağlam borclanma ilə bağlı həyata keçirilən prudensial siyasətin daha effektiv təşkili və spekulyativ halların aradan qaldırılması ilə bağlı məsələlər də öz əksini tapıb. Qaydalarda istehlak kreditləri üzrə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq diferensial və daha sərt yanaşma tətbiq edilir. Tənzimləmənin bu formatda təşkili, banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin verilməsinin cəlbediciliyini azaldacaqdır. Nəticədə, istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanması məhdudlaşacaqdır. Bu isə bankları real sektoru maliyyələşdirməyə həvəsləndirə bilər".

V.Bayramov qeyd edib ki, qaydalarda requlyativ çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dəyişikliklər də yer alıb: "Kredit riskləri üzrə BASEL II Yeni Standart Yanaşmaya tam keçiləcək, o cümlədən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqlərə əsaslanmaqla suveren və korporativ qiymətli kağızların risk dərəcələri üzrə təsnifləşdiriləcək. Bununla yanaşı, Bazel II və III nəsil prinsiplərinin tətbiqi məqsədilə qaydalara bazar və əməliyyat risklərinə qarşı kapital buferi formalaşdırılması tələbi əlavə edilmişdir".

Bu cür tələblərin gətirilməsi prudensial tənzimləmənin beynəlxalq səviyyəyə qaldırmağa, bank sektorunun kredit risklərindən əlavə, bazar və əməliyyat risklərinə qarşı dayanıqlığını artırmağa xidmət edir.

Fəxriyyə İKRAMQIZI

Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?