29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

“AzerGold” QSC 27–28 oktyabr tarixlərində Daşkənddə Özbəkistanın Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyinin dəstəyi, 19 ölkədən 500-dən çox nümayəndənin iştirakı ilə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumunda (UIMF 2026) təmsil olunub.

QSC-dən verilən məlumata görə, plenar sessiyada çıxış edən törəmə müəssisə - “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı MMC-nin baş direktoru İlyas İsmayıllı dağ-mədən sənayesində strateji tərəfdaşlığın inkişafı və birgə layihələr barədə məlumat verib. O, “AzerGold” QSC-nin Azərbaycandan kənarda ilk törəmə müəssisəsinin məhz Özbəkistanda yaradılmasının əhəmiyyətini vurğulayıb və həyata keçirilməsi planlaşdırılan təşəbbüslər barədə ətraflı məlumat təqdim edib.

Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının birgə işlənməsi layihəsinin ilkin mərhələsində geoloji kəşfiyyat işlərinin aparılması, resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, metallurgiya sınaqları və ekoloji tədqiqatların keçirilməsi, nəticələrə əsasən isə yatağın sonrakı istismarı üçün birgə müəssisənin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Nəvai vilayətindəki “Toşmaçit”, “Boştut” və “Boboşil” sahələrində qızıl və nadir torpaq elementləri üzrə tədqiqatların aparılması, Azərbaycan və Özbəkistan ərazisindəki digər yataqların birgə kəşfiyyatı, habelə üçüncü ölkələrdə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunur.

Forum çərçivəsində həmçinin Mərkəzi Asiyanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün uğurlu investisiya modelləri, regionun sənaye mərkəzi kimi mövqeyinin gücləndirilməsi, resurs təhlükəsizliyi məsələləri, yüksək əlavə dəyər yaradan istehsal zəncirlərinin formalaşdırılması və yeni bazarlara çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?