Manatla pul kütləsi 12 faizədək artıb
Cari ilin sentyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 11.7% artaraq 45,117.5 mln. manat təşkil edib.
Mərkəzi Bankın hesabatına əsasən, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 150.2 mln. manat azalaraq 3,111.6 mln. manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
