Kimya sənayesi məhsullarının ixracında artım var
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 260,4 milyard ABŞ dollarından çox dəyərdə kimya sənayesi məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 3,1 faiz artıb. Hesabat dövründə kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,92 faizə bərabər olub.
