25 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bazar iqtisadiyyatı şəraitində dövlət sektorunun payı mümkün qədər minimum səviyyəyə endirilməlidir

Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar nəticəsində gömrük və vergi orqanları tərəfindən cari ilin yanvar-sentyabr aylarında büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil edilib.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, şəffaflıq prinsiplərinin genişmiqyaslı tətbiqi və iqtisadi idarəetmə mexanizminin yeni modelinə keçid sayəsində islahatların bundan sonra da davam etdirilməsi fasiləsiz xarakter daşımalıdır. Çünki büdcəyə iqtisadiyyatın real sektorundan daxilolmalar tələb olunan həddə qədər çatmayınca, dövlətimizin cari ildən sosial aspektdə gücləndirdiyi genişmiqyaslı maliyyələşdirmə səylərinin maksimal səviyyədə uzunmüddətli effekt verməsi mümkün deyil.

Bəs neqativ amilləri və sədləri necə aradan götürmək olar? Söhbət, vergidən yayınmadan, ikili mühasibatdan, həmçinin büdcə vəsaitlərindən sui-istifadə hallarından gedir.

Ekspert bildirib ki, bunun iki yolu var: "Birinci yol budur ki, vergi siyasətini davamlı olaraq yumşaltmaq lazımdır. İkincisi də dövlət büdcəsindən maliyyə yardımı alan və ya asılı olan, subsidiyalaşdırılan, yaxud dotasiya alan sahələri, dövlət zəmanəti ilə borclanmaya gedən strukturları və ya təsərrüfat subyektlərini özəlləşdirməliyik.

Qeyd edim ki, Azərbaycan hökuməti indiyədək vergi yükünün azaldılması istiqamətində bu və ya digər formada çoxlu tədbirlər həyata keçirib və ümumilikdə dövlətin vergi siyasətinin stimullaşdırıcı xarakter daşıması üçün çox işlər görüb. Bununla belə, lazım olan nəticələrin əldə edildiyini söyləmək hələ tezdir.

Düzdür, inkişaf etmiş ölkələrdə vergi dərəcələri bizdəkindən qat-qat yüksəkdir. Ancaq söhbət ölkə iqtisadiyyatının ümumi strukturundan, sistemin özəlliklərindən gedərsə, bizdə bir sıra sahələrdə vergi dərəcələrinə yenidən baxıla bilər.

P.Heydərov qeyd edib ki, Dövlət Neft Şirkəti, Azərenerji, Azərişıq, Azərsu, AZAL, Azəristiliktəchizat, Avtomobil Yolları Dövlət Agentliyi, Xəzər Dəniz Gəmiçiliyi kimi qurumların, həmçinin nəqliyyat dəhlizinə aid olmayan avtomobil, dəmir yollarının müəyyən bir hissəsi özəlləşdirilə bilər: "Ümumiyyətlə, kommunal xidmət sferasından başlamış iqtisadiyyatın bir çox strateji sahələrində geniş özəlləşdirmə aparılmalıdır. Adlarını çəkdiyim qurumların heç olmasa 40-50 faizinin satılmasından həm dövlət büdcəsi böyük məbləğdə vəsait götürər, həm iqtisadiyyatda canlanma əldə edilər, həm ölkəyə xarici investorlar gələr, həm idarəetmə təkmilləşər, həm də dayanıqlı inkişaf əldə olunar.

Bazar iqtisadiyyatı şəraitində dövlət sektorunun payı mümkün çərçivədə minimum səviyyə təşkil etməli, onun əsas funksiyası da tənzimləyici xarakter daşımalıdır. Bu funksiyanı yerinə yetirmək üçün kifayət qədər vasitələr vardır. Məsələn, bunlardan biri və ən mühümü fiskal siyasətdir. Fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunan mexanizmdir.

Fəxriyyə İKRAMQIZI

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?