15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznes mühitinin yaxşılaşmasında əhəmiyyətli irəliləyişlər var

"Bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır".

Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə islahatların yaxşı nəticələr verdiyini vurğulayaraq qeyd edib ki, bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alınıb: "Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb".

İqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, hazırkı makroiqtisadi sabitlik şəraitində aparılan islahatlar əhalinin gəlirlərinin artımına, biznes mühitinin yaxşılaşmasına və dayanıqlı inkişafın təmin edilməsinə şərait yaradır. Bu istiqamətdə nəzərə çarpan müsbət nəticələr var və aparılan islahatlara daim yeni nəfəs verilir: "Kölgə iqtisadiyyatı"nın üzə çıxarılması istiqamətində aparılan işlər, vergi sistemindəki islahatlar, ixracın stimullaşdırılması, kiçik və orta sahibkarlığa dəstək, kənd təsərrüfatı sektorunun dəstəklənməsi və atılan digər addımlar iqtisadi inkişaf tempinin təmin olunmasına xidmət edir. Ölkə iqtisadiyyatının gələcək inkişaf dinamikasını məhz özəl sektor müəyyənləşdirəcək. Lakin bu sahədə müəyyən irəliləyiş əldə olunsa da, yüksək artım tempi əldə edilməyib. Vergi siyasətində və digər istiqamətlərdə görülmüş işlər nəticəsində biznes mühitinin yaxşılaşmasında əhəmiyyətli irəliləyişlər var. Statistik göstəricilərə nəzər yetirdikdə, bu sektorda müsbətə doğru dəyişiklikləri müşahidə edirik".

R.Əliyev xarici şirkətlərin ölkə iqtisadiyyatına cəlb olunmasını əsas prioritetlərdən hesab edir: "Bizə xaricdən pul şəklində gələn investisiyadan daha çox texnologiyalar, kadrlar, biznes idarəçiliyi lazımdır".

Ekspert qeyd edib ki, 2020-ci ildə Azərbaycanda iqtisadi artım 2,4 faiz proqnozlaşdırılır. İnkişaf etmiş və "oturuşmuş" iqtisadiyyata malik olan ölkələr üçün bu yaxşı rəqəmdir, ancaq iqtisadi imkanları geniş olsa da potensialını tam ortaya çıxarmayan ölkəmiz üçün bu, yüksək göstərici sayıla bilməz. Mənzərənin dəyişməsi isə özəl sektorda əsaslı işlərin aparılması nəticəsində mümkün ola bilər.

Fəxriyyə İKRAMQIZI

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?