19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin kollektivinə təqdim olunub

Azərbaycanın yeni təyin olunmuş İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub. Yeni naziri kollektivə Baş Nazir Əli Əsədov təqdim edib.

Xatırladaq ki, oktyabrın 23-də Prezident İlham Əliyev M.Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi və İqtisadiyyat naziri təyin olunması barədə sərəncamlar imzalayıb. Həmin gün dövlət başçısı, həmçinin, "İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" fərman imzalayıb. Fərmanla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib, qurumun yeni strukturu təsdiqlənib.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?