Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin kollektivinə təqdim olunub

2019.10.28 16:28 (UTC+04:00)

Xatırladaq ki, oktyabrın 23-də Prezident İlham Əliyev M.Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi və İqtisadiyyat naziri təyin olunması barədə sərəncamlar imzalayıb. Həmin gün dövlət başçısı, həmçinin, "İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" fərman imzalayıb. Fərmanla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib, qurumun yeni strukturu təsdiqlənib.