12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda İranla birgə sənaye şəhərciyi yaradılır

"İran ilə Azərbaycan arasında birgə sənaye şəhərciyinin yaradılması haqqında razılıq əldə olunub və yaxın günlərdə Azərbaycanda bu şəhərciyin inşasına başlanacaq". Bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə IRNA agentliyinə müsahibəsində deyib. O bildirib ki, hər iki ölkədə kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Bu potensialdan istifadə ediləcək və yeni sənaye şəhərciyində kənd təsərrüfatı məhsulları istehsal olunacaq. Səfir deyib ki, istehsal olunan məhsullar ilk növbədə Azərbaycan, sonra isə İran bazarına çıxarılacaq, eləcə də digər ölkələrə ixrac ediləcək. Azərbaycan əlverişli coğrafi məkanda yerləşdiyi üçün istehsal edilən məhsulların MDB və Şərqi Avropa ölkələrinə ixracı da asan olacaq.

Diplomat bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılıb. Bundan istifadə edən iranlı iş adamları Azərbaycana sərmayə yatıra bilərlər. Qeyd edib ki, İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin artması da təsadüfi xarakter daşımır. Tərəflər iqtisadi əlaqələrin inkişafında maraqlıdır və bu istiqamətdə daim iş aparılır. Yaxın aylarda ticarət dövriyyəsinin həcminin 600 milyon dollara yüksələcəyi gözlənilir.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?