27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Doqquz ayda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 23 faizə yaxın artıb

Cari ilin 9 ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 623 milyon dolları ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 115 milyon dollar çoxdur. AZƏRTAC-ın Ukrayna Dövlət Statistika Komitəsinə istinadən bildirdiyinə görə, yanvar-sentyabr aylarında Azərbaycandan bu ölkəyə 343 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 280 milyon dollar təşkil edib.

Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?