18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Böyük Britaniya beynəlxalq avtomobil daşımalarına dair ikitərəfli Sazişi müzakirə edib

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə, eyni zamanda, ölkələrimiz arasında bağlanacaq ikitərəfli Sazişin tələblərinin ilkin müzakirəsi ilə bağlı oktyabrın 11-də Bakıda Beynəlxalq Nəqliyyat Forumunun növbəti "Bakı Sessiyası" ərəfəsində ikitərəfli görüş keçirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında DANX-ın rəisi Həbib Həsənov, Böyük Britaniya nümayəndə heyətinə isə Nəqliyyat Departamentinin Operatorların lisenziyalaşdırılması bölməsinin rəhbəri Dunkan Prays rəhbərlik edib.

İclasda Azərbaycanda Beynəlxalq Nəqliyyat Forumunun keyfiyyət xartiyasının tətbiqi ilə bağlı mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, Böyük Britaniyada və Azərbaycanda kommersiya məqsədli daşımalar sahəsində mövcud reallıq və problemlər, daşımaların inkişafı perspektivləri, eyni zamanda, Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olması və bu baxımdan bu strategiyanın həyata keçirilməsində Azərbaycanın nəqliyyat-logistika üstünlüyü və digər aktual məsələlər əsas müzakirə predmetlərindən olub.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri