24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Regionların sosial-iqtisadi inkişafı istiqamətində tədbirlər davam etdirilir

Regionların sosial-iqtisadi inkişafı istiqamətində tədbirlər davam etdirilir

Bu gün Naftalan şəhərində İqtisadiyyat Nazirliyi, Avropa İttifaqı (Aİ) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə həyata keçirdiyi "Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək" layihəsi çərçivəsində "Azərbaycanda regional inkişaf" mövzusunda tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Turizm Agentliyinin əməkdaşları, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Tədbirdə Aİ-nin maliyyə dəstəyi ilə GIZ tərəfindən icra olunan "Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək" layihəsi çərçivəsində Gəncə-Qazax iqtisadi rayonuna daxil olan inzibati rayonların inkişaf planlarının hazırlanması prosesi və nəticəsi təqdim edilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə 2004-cü ildən etibarən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının rayonların iqtisadi potensialının reallaşdırılmasında, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşmasında, əhalinin rifahının yüksəlməsində xüsusi əhəmiyyətini vurğulayıb, ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, innovativ sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə məlumat verib. Sahib Məmmədov Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən texniki yardım layihələrinin xarici təcrübənin öyrənilməsi və ölkədə tətbiqi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Azərbaycanla Avropa İttifaqı arasında regionların inkişafı sahəsində həyata keçirilən layihələrin icrasının nəticəsini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Öz növbəsində GIZ layihə rəhbəri Cerald Duda "Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək" layihəsinin əhəmiyyətindən danışıb, layihənin icrasına dəstək olan dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Sonra Gəncə-Qazax iqtisadi rayonuna daxil olan inzibati rayon və şəhərlərin inkişaf planlarının hazırlanması prosesinə və nümunə olaraq Daşkəsən rayonu üzrə hazırlanmış inkişaf planına dair təqdimatlar edilib, layihə çərçivəsində keçirilən təlimlərdə iştirak etmiş əməkdaşlara sertifikatlar verilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?