28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda 154 alman şirkəti fəaliyyət göstərir

"İndiyə qədər Azərbaycanla Almaniya arasında 70-dən çox sənəd imzalanıb". Bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib. Onun sözlərinə görə, hazırda iki ölkə 9 müştərək layihənin icrasını davam etdirir: "4-ü yerli, 5-i beynəlxalq olmaqla ümumilikdə 9 müştərək layihənin icrası davam etdirilir. Bu layihələrin ümumi dəyəri 30 milyon avro civarındadır".

N.Səfərov həmçinin qeyd edib ki, hazırda 154 alman şirkəti müxtəlif sahələr üzrə ölkəmizdə fəaliyyət göstərir: "Bu şirkətlərdən bəziləri Azərbaycanda icra edilən, ümumi dəyəri 1,6 milyard dollar olan 66 layihədə podratçıdır. İndiyə qədər Almaniya Azərbaycana 615 milyon dollar investisiya yatırıb ki, bunun da 96 faizi qeyri-neft sektoruna yönəldilib. Azərbaycan isə Almaniyaya 3 milyard dollar investisiya qoyub".

Onun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24 faiz çoxdur: "Almaniya Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşıdır, bu ölkədən idxal etdiyimiz malların dəyərinə görə isə 1-ci yerdədir".

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?