20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni işgüzar turizm məhsulları yaradılır

Bu gün İşgüzar Tədbirlər Sənayesi Alyansının üzvləri ilə keçirilən görüşdə işçi qrupunun yaradılmasına qərar verilib. Dövlət Turizm Agentliyindən bildirilib ki, ilkin mərhələdə 10 nümayəndənin qatıldığı işçi qrupu yeni işgüzar turizm məhsullarının yaradılmasına dəstək göstərəcək. Tədbirdə Azərbaycanın işgüzar turizm sənayesini təmsil edən və Alyansa üzv olan 35-ə yaxın şirkətin 80 nümayəndəsi iştirak edib.

Görüşdə çıxış edən işgüzar tədbirlər sahəsində ixtisaslaşmış avstriyalı ekspert İvo Franşitz Azərbaycanı yeni işgüzar tədbirlər məkanı kimi tanıtmaq üçün Azərbaycan Konqreslər Bürosunun və sənaye iştirakçılarının birgə əməkdaşlığının əhəmiyyətindən danışıb. O qeyd edib ki, üzvlər arasında birgə və koordinasiyalı fəaliyyət, bununla bərabər daxili resurslardan doğru şəkildə istifadə etmək işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını daha da artıracaq.

Xatırladaq ki, iyulun 11-də İşgüzar Tədbirlər Sənayesi Alyansının rəsmi təqdimat mərasimi keçirilib. Alyansın yaradılmasından məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərinin Azərbaycanda keçirilməsinə nail olmaq və bunu intensivləşdirməkdir.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?