28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2018-ci ilə nisbətən bu il Azərbaycanın qaz ixracında 25 faiz artım gözlənilir

"2018-ci ilə nisbətən bu il ölkədə qaz hasilatında 19 faiz, yəni 5,8 mlrd. kubmetr, qazın ixracında isə 25 faiz artım gözlənilir. Gələn il qaz hasilatının 40,2 mlrd. kubmetrə, 2021-ci ildə isə 45 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır". Bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə görə, bu ilin 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz çox, yəni 23,1 mlrd. kubmetr qaz hasil olunub.

Nazir qeyd edib ki, xaricə qaz satışı 7,2 mlrd. kubmetr olub. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz çoxdur: "Azərbaycanın qaz ixracatçısına və Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsində "Şahdəniz" qaz yatağı müstəsna rol oynayır. İstismara veriləndən indiyə kimi bu yataqdan 110,8 mlrd. kubmetr qaz, 26,8 mln. ton kondensat hasil edilib. 73,7 mlrd. kubmetr qaz isə ixraca nəql olunub. Yanvar-avqust aylarında hasil edilmiş qazın 10,9 milrd. kubmetri, kondensatın isə 2,3 mln. tonu "Şahdəniz" yatağının payına düşür. "Şahdəniz" yatağında qaz hasilatının artması Türkiyəyə ixracla bağlı göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib, nəticədə ötən ilin müvafiq dövrünə nisbətən bu il bu ölkəyə 33,8 faiz çox, yəni 5,7 mlrd. kubmetr qaz satışı həyata keçirilib".

P.Şahbazov məlumat verib ki, "Şahdəniz" yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?