25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan BP ilə alternativ enerji sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan BP ilə alternativ enerji sahəsində əməkdaşlıq edə bilər

BP şirkəti ilə neft-qaz sahəsində avadanlıqların birgə istehsalı təşkil edilə, alternativ enerji sahəsində əməkdaşlıq oluna bilər. İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu nazir Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşündə deyib. Nazir 1994-cü ildə uğurlu və düşünülmüş neft strategiyasının nəticəsi olan "Əsrin müqaviləsi"nin imzalanmasının və transmilli layihələrin icrasının neft-qaz sənayesi ilə yanaşı, iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verdiyini vurğulayıb, BP şirkəti ilə fəal əməkdaşlığı qeyd edib.

Q.Counz Azərbaycanın neft strategiyasının uğurla davam etdirildiyini, ölkənin etibarlı tərəfdaş olduğunu və BP ilə uzunmüddətli əməkdaşlığını vurğulayıb. O BP-nin Azərbaycanda həyata keçirdiyi və nəzərdə tutulan layihələri barədə məlumat verib, alternativ enerji sahəsində Azərbaycanın potensialını qeyd edib, bu sahədə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Görüşdə Azərbaycanın BP ilə əməkdaşlığının inkişaf istiqamətləri, nəzərdə tutulan konkret layihələr barədə fikir mübadiləsi aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?